Zelenski müharibəyə son qoymaq üçün ilkin şərti elan etdi
Bizi izləyin

MDB

Zelenski müharibəyə son qoymaq üçün ilkin şərti elan etdi

“Krımın Ukraynaya qaytarılması Rusiya ilə silahlı münaqişəyə son qoymaq üçün ilkin şərtdir”.

Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O, diplomatik korpusun və Krım tatar xalqının məclisi nümayəndələri qarşısında müvafiq bəyanatla çıxış edib. Zelenskinin sözlərinə görə, yarımadanın işğaldan azad olunması təkcə Ukrayna üçün deyil, bütün dünya üçün alternativsiz variantdır.

Zelenski Krımın yenidən Ukraynanın olacağına əminliyini ifadə edib, bildirib ki, bu, konvensiyalara və BMT nizamnaməsinə əsaslanaraq dünyada nizam-intizam üçün lazımdır.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm