Polis “söhbət” apardı: Kafedə öpüşən qızlar üzr istədi
Bizi izləyin

MDB

Polis “söhbət” apardı: Kafedə öpüşən qızlar üzr istədi

Rusiyanın Krasnodar polisi əvvəllər öpüş videosuna görə saxlanılan yerli sakinlərin dindirilməsinin səs yazısını dərc edib.

Publika.az xəbər verir ki, yerli kafedə təcrübəsiz blogerlər səhnələşdirilmiş videoçarx çəkiblər. Videoda iki xanım bolgerdən biri gəlinə evlənmə təklifi edən bəy rolunu oynayıb, digəri isə “hə” cavabını verir. Ondan sonra qızlar öpüşürlər.

Krasnodar polisi tərəfindən yayımlanan videoda bloger Vlada deyir ki, onun LGBT ilə heç bir əlaqəsi yoxdur (Ali Məhkəmə “LGBT hərəkatını” ekstremist təşkilat kimi tanıyıb və onun Rusiya Federasiyası ərazisində fəaliyyətinə qadağa qoyub). “Bizdə hansı qanunlar olduğunu bilmirəm”, - o deyib.

Onun sözlərindən belə çıxır ki, rəfiqəsi də eyni mövqedən çıxış edir və qanunvericilikdəki yeniliklərdən xəbərsizdir.

"Üzr istəyirəm", deyən bloger, sadəcə, bir az "səs-küy" yaratmaq istədiklərini bildirib.

Polis ikinci qızdan azyaşlıların düşüncəsinə xəsarət yetirə biləcəyini başa düşüb-düşmədiyini soruşub. Qız cavab verib ki, rəfiqəsi ilə baş verən səhnənin kiməsə təsir edə biləcəyini düşünmür, həmçinin baş verənlərin hamısını zarafat hesab edir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm