MDB
Rusiyada GÜCLÜ PARTLAYIŞ: alov kəndi cənginə aldı, yaralılar var - VİDEO
Rusiyanın Perm vilayətində qaz kəmərində güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, partlayışdan sonra yaxınlıqdakı yük qatarının çənləri yanıb. Yanğın yaşayış binasına da keçib. Bundan sonra Kueda kəndi yaxınlığında böyük yanğın başlayıb.
Artıq üç evin yanaraq yararsız hala düşdüyü bildirilir.
Regionun qubernatoru Dmitri Maxonin bildirib ki, ikisi uşaq olmaqla 6 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan ikisi reanimasiyadadır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir. Yanğının söndürülməsi üçün içərisinə su çənləri və köpükləndirici maddə daxil olan yanğınsöndürən qatarı gətirilib.
180 kvadratmetr ərazini əhatə edən yanğının səbəbləri hələlik məlum deyil.
Fövqəladə halın dəmir yolu infrastrukturuna aidiyyatı yoxdur və qatarların hərəkətinə təsir göstərmir.
Hüseyn İbadlı
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO