MDB
Rusiya cəbhənin bu istiqamətində yeraltı şəhər salıb: Görün nələr qurublar - FOTO
Rusiya hərbçiləri Xerson istiqamətində Dnepr qoşun qrupunun şəxsi heyətini yerləşdirmək və onlara xidmət göstərmək üçün “yeraltı şəhər” yaradıb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Dnepr” qoşunlar qrupunun geyim xidmətinin rəisi, Lis çağırış nişanlı hərbçi bildirib ki, şəxsi heyəti artilleriya mərmilərindən, qəlpələrdən və pilotsuz təyyarələrdən qorumaq üçün yeraltı şəhər yaradıblar.
"Əsas məqsədimiz özünüzü qorumaq və döyüş tapşırıqlarını yerinə yetirmək üçün şəxsi heyəti xilas etməkdir", - hərbçi deyib.
O əlavə edib ki, “yeraltı şəhər”də yaşayış yerləri, mətbəx, yeməkxana, hamam, idman zalı, camaşırxana, qurutma otağı, geyim təmiri sexi, bərbər var.
Şəhərin keçidlərinin və xəndəklərinin uzunluğu üç kilometri ötür, kommunikasiyalar isə təxminən üç metr dərinlikdə çəkilib.
Tural
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi