Ermənistan QXC-nin ofisindən 145 min dollardan çox pul oğurlandı
Bizi izləyin

MDB

Ermənistan QXC-nin ofisindən 145 min dollardan çox pul oğurlandı

Erməni Qızıl Xaç Cəmiyyətinin (QXC) ofisindən 145 min dollardan çox pul oğurlanıb.

Publika.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə QXC-nin vəkili Levon Baqdasaryan məlumat verib.

Bildirilib ki, Ermənistan QXC-nin vəkili Levon Baqdasaryan hüquq-mühafizə orqanlarına 60 milyon dramdan (145 min dollar) çox pul itkisi, vacib sənədlər, habelə təşkilatın avtomobilindən qanunsuz istifadə barədə məlumat verib.

Vəkil bildirib ki, onlar cinayətlə bağlı hüquq-mühafizə orqanlarına 10-dan çox məlumat təqdim ediblər, lakin hələlik heç bir cavab verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm