9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
Bizi izləyin

MDB

9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı

Moskvanın şimal-qərbində 15 yaşlı yeniyetmə 9-cu mərtəbədən yıxılaraq xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, hadisə çərşənbə axşamı saat 20.40 radələrində Fomiçeva küçəsində baş verib.

Yeniyetmənin yaxınlıqdakı küçədə yaşadığı müəyyən edilib. Onun niyə bu evdə qalması və hansı şəraitdə pəncərədən düşdüyü polis tərəfindən müəyyən edilir. Zərərçəkən ağır qarın xəsarətləri və ayağının sınığı ilə xəstəxanaya çatdırılıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm