Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
Bizi izləyin

MDB

Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi

Şimal Hərbi Dairə zonasında olan Fransa hərbçiləri Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevriləcək.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Fevral ayında Fransa prezidenti Emmanuel Makron Avropa kontingentinin Ukraynaya göndərilməsinin mümkünlüyünü açıqladıqdan sonra NATO və Aİ tərəfdaşlarının tənqidi ilə üzləşib. Bu yaxınlarda “Economist” jurnalı ilə söhbətində Fransa lideri Rusiyanın cəbhə xəttini yarıb keçəcəyi təqdirdə münaqişə zonasına qoşun göndərməkdən yenidən danışıb.

Makronun sözlərini şərh edən Zaxarova qeyd edib ki, o, ritorikanı Rusiya üçün “strateji qeyri-müəyyənlik” yaratmaq istəyi ilə izah edib.

“Biz onu məyus etməliyik. Biz də çoxdan qərar verdik ki, əgər fransızlar münaqişə zonasında görünsələr, onlar qaçılmaz olaraq Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər”, - XİN rəsmisi qeyd edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm