Görüş iki saat yarımdan çox çəkdi: Putinlə Orban nələri müzakirə ediblər?
Bizi izləyin

MDB

Görüş iki saat yarımdan çox çəkdi: Putinlə Orban nələri müzakirə ediblər?

Rusiya Prezidenti Vladimir Putinlə Macarıstanın Baş naziri Viktor Orban arasında Kremldə baş tutan danışıqlar başa çatıb.

Publika.az xəbər verir ki, iki lider arasındakı söhbət iki saat yarımdan çox davam edib.

Onlar arasında əsas müzakirə Ukraynadakı konflikt olub.

Putin görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib: "Orbanla faydalı, səmimi söhbət oldu".

O bildirib ki, Orbanla aktual məsələlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıb. Həmçinin Ukraynada mümkün nizamlanma yolları müzakirə edilib.

"Rusiya və Macarıstan sağlam praqmatizm və qarşılıqlı fayda prinsipləri əsasında bir sıra sahələrdə əməkdaşlığı davam etdirirlər", - deyə Putin qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm