MDB
Putin Durovla görüşdüyünü etiraf etdi: Onunla Bakıda...
Rusiya mətbuatı yenə də Putinin Azərbaycan səfəri və Pavel Durovla görüşüb-görüşmədiyi haqda məlumatlar yayıb.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən Şərq İqtisadi Forumunda (EEF) çıxışı zamanı "Telegram"ın yaradıcısı Pavel Durovla Azərbaycanda görüşü barədə məlumatı yenə təkzib edib.
Onun sözlərinə görə, sahibkarın onunla eyni tarixlərdə Bakıda olacağından xəbəri belə olmayıb.
Dövlət başçısı rus media meneceri ilə həyatında yalnız bircə dəfə görüşdüyünü deyib. Görüş uzun illər əvvəl Kremldə olub və dövlət başçısının ətrafında az adam bundan xəbərdar imiş.
"Mən cənab Durovla uzun illər əvvəl Moskvada bir dəfə görüşmüşəm. O, sadəcə planlardan danışırdı. Mən mütəmadi olaraq iş adamları ilə görüşürəm və bu görüş də illər əvvəl Kremldə baş tutub", - deyə Vladimir Putin deyib.
Putin o vaxtdan sonra "Telegram"ın qurucusu ilə bir daha əlaqə saxlamadığını vurğulayıb.
Adəm Abbaslı
-
Hadisə01:41
Bakıda güclü yanğın başladı: partlayış səsləri eşidilir - FOTO/VİDEO
-
Hadisə01:11
Sumqayıt səmasında nə baş verir? - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: həmin məlumatı eşidəcəksiniz
-
Magazin119 Sentyabr 23:00
QALMAQAL BÖYÜYÜR: "Sən özün tutub sürünürsən" - VİDEO
-
Rəsmi xronika19 Sentyabr 21:10
Bu da “Aghdam City Hotel” - FOTO/YENİLƏNDİ
-
Magazin119 Sentyabr 20:48
Dilarə bu məşhur şəxsin nəslindən imiş... - VİDEO
-
MDB19 Sentyabr 20:36
Moskvadan Paşinyana SƏRT MESAJ: "Sağlam düşüncəyə və məntiqə ziddir"
-
Sosial19 Sentyabr 20:10
Ağdamda tikilən evlərin FOTOLARI