Region
Tariflər artırılır: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ən baha olacaq
Tariflərin artırılmasından sonra İrəvanda ictimai nəqliyyat Cənubi Qafqaz regionunda ən bahalı nəqliyyata çevriləcək.
Publika.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında İrəvan meriyasının nəqliyyat departamentinin keçmiş rəhbəri Edqar Qalstyan deyib.
Eyni zamanda o vurğulayıb ki, şəhər rəhbərliyinin təşəbbüsü ilə qiymət artımı heç bir halda əsaslandırılmır.
Xəbər verildiyi kimi, 2025-ci il yanvarın 1-dən Yerevanda ictimai nəqliyyatda sərnişindaşıma üçün yeni tariflər tətbiq ediləcək. Müvafiq olaraq, tək biletin qiyməti 300 dram (təxminən 1,3 manat), 30 günlük bilet paketinin qiyməti 8800 dram, 90 günlük biletin qiyməti 23600 dram, illik bilet paketinin qiyməti 88 min dram olacaq. Eyni zamanda, paketlər qeyri-məhdud sayda səfərləri təmin edir.
"Tarifin artırılması üçün orijinal peşəkar hesablamaları nə qədər tapmağa çalışsam da, tapa bilmədim", - Qalstyan qeyd edib.
O əlavə edib ki, rəhbərlik etdiyi illərdə apardığı hesablamalara görə, İrəvanda nəqliyyat tarifi hər səfər üçün 150 dramdan (65 qəpik) çox ola bilməz.
"300 dramlıq tarif məntiqsizdir və rasional hesablamalara sığmır. Eyni zamanda, yaranmış sosial xarakterli problemlər heç bir şəkildə həll olunmur. Əhalinin ən yoxsul təbəqəsi nəqliyyatdan istifadə edir, ona görə də subsidiyalara ehtiyac var, nəqliyyatın saxlanması xərclərini kompensasiya etmək üçün 150 dram tarifi ilə, subsidiya ilə hər şey öz yerinə düşəcək”, - Qalstyan qeyd edib və dünyanın heç bir ölkəsində ictimai nəqliyyatın gəlir mənbəyi hesab edilmədiyini vurğulayıb.
Tural
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
















.jpg)















