Ukraynadan son dəqiqə məlumatı: Cəbhədə vəziyyət ağırdır, ruslar intensiv hücum edirlər
Bizi izləyin

MDB

Ukraynadan son dəqiqə məlumatı: Cəbhədə vəziyyət ağırdır, ruslar intensiv hücum edirlər

Son 24 saat ərzində cəbhədə 172 hərbi toqquşma baş verib, ruslar canlı qüvvə və texnikada üstündürlər və intensiv hücum edirlər.

Publika.az xəbər verir ki, bu məlumat Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının oktyabrın 9-u səhərə olan xülasəsində yer alıb.

“Son 24 saat ərzində işğalçılar Ukrayna bölmələrinin və yaşayış məntəqələrinin mövqelərinə bir raket hücumu həyata keçirib, həmçinin 82 hava hücumu olub. Bundan əlavə, onlar 70-i çoxsaylı buraxılış raket sistemlərindən olmaqla 3460 hücum həyata keçirilib və onları məhv etmək üçün 1190 kamikadze drondan istifadə edilib”, - məlumatda deyilir.

Xarkov istiqamətində ruslar Volçansk və Staritsa yaşayış məntəqələri ərazilərində 4 dəfə basqın etməyə cəhd ediblər. Bundan əlavə, Rusiya ordusu idarə olunan hava bombaları ilə Xarkova hücum edərək mülki əhaliyə və mülki infrastruktura ziyan vurub.

“Kupyansk istiqamətində isə gün ərzində 18 hücum baş verib. Müdafiə qüvvələri Sinkovka, Petropavlovka, Novoosinovo, Vişnevoye, Stepnaya Novoselovka, Lozovaya və Kruqlyakovka yaxınlığında işğalçıların hücum hərəkətlərini dəf edib”, -Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm