Paşinyan Kazanda Putinlə görüşəcək? - Kremldən açıqlama
Bizi izləyin

MDB

Paşinyan Kazanda Putinlə görüşəcək? - Kremldən açıqlama

Rusiya prezidenti Vladimir Putin BRİKS sammitinə gələcək, orada demək olar ki, bütün liderlərlə görüşəcək.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Putin oktyabrın 22-24-də Rusiyanın ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi devizi altında keçirdiyi BRİKS-in 16-cı sammitində iştirak edəcək.

“Rusiya Federasiyasının prezidenti sammitdə iştirak edən demək olar ki, bütün liderlərlə ikitərəfli görüşlər keçirəcək”, - məlumatda deyilir.

Kreml Paşinyan və Putin arasında Kazanda ikitərəfli görüşünün planlaşdırılıb-planlaşdırılmadığı barədə ətraflı məlumat verməyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm