MDB
Paşinyan sözündən döndü, Lukaşenko ilə barışdı - FOTOFAKT
Ermənistanla Rusiya arasındakı münasibətlərdəki böhrandan doğan Belarusla Ermənistan münasibətlərindəki böhran deyəsən aradan qalxır. Belə ki, Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında mehriban ünsiyyət anı kadrlara düşüb.
Publika.az xəbər verir ki, həmin anlar “Pool First” Telegram kanalının obyektivinə tuş gəlib.
Telegram kanalı həmin fotonu "Birinci fasiləsiz danışıqlar bu iki iş günü davam etdi" şərhi ilə paylaşıb.
Xatırladaq ki, 2024-cü ilin iyul ayında Ermənistanın Baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenko hakimiyyətdə olduğu müddətdə Ermənistandan heç bir məmurun Belarusa rəsmi səfər etməyəcəyini bildirmiş, həmçinin məsləhətləşmələr üçün səfirini geri çağırmışdı. Paşinyan Belarusun KTMT-də olduğu müddətdə bu qurumda təmsil olunmayacaqlarını da demişdi.
Eyni zamanda Ermənistanda anti-Belarus, daha dəqiq desək, anti-Lukaşenko kampaniyaları aparılırdı.
Adəm Abbaslı
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA