MDB
Lukaşenkodan qalmaqallı açıqlama: Ukraynalı generallar ona zəng edərək deyiblər ki...
2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinin (AFU) generalları Belarus prezidenti Aleksandr Lukaşenkoya zəng edərək Rusiyaya təslim olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağı xahiş ediblər.
Publika.az xəbər verir ki, bu barədə Lukaşenko Avrasiya təhlükəsizliyinə dair konfransda bildirib.
“Ukraynalı generallar mənə zəng edərək müharibəni dayandırmaq və təslim olmaq üçün Putinlə əlaqə saxlamağımı istədilər”, - deyə Belarus prezidenti bildirib.
Lukaşenko Belarusun Ukraynaya təcavüzü ilə bağlı ittihamlara cavab verib. O vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin hücuma keçməsinə səbəb naməlum şəxslərin təxribatı olub.
Belarus liderinin sözlərinə görə, Qərb siyasətçiləri və Papa xüsusi hərbi əməliyyata başlayandan sonra Putini qoşunları Kiyevdən çıxarmağa razı salmağa çalışıblar. O əlavə edib ki, müraciətlərin və qoşunların çıxarılmasının nəticəsi münaqişənin uzanması olub.
Lukaşenko bir qədər əvvəl Belarusun Ukrayna üzrə danışıqlarda iştirakının vacibliyini bəyan edib. Onun sözlərinə görə, Minsk üçün söhbət öz təhlükəsizliyini təmin etməkdən gedir.
Tural
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?