Rusiya kəşfiyyatı bəyanat yaydı: Bu ölkəni işğal etmək üçün bəhanə tapıldı
Bizi izləyin

MDB

Rusiya kəşfiyyatı bəyanat yaydı: Bu ölkəni işğal etmək üçün bəhanə tapıldı

Brüssel Moldovanı rusofob siyasəti ilə yolunda saxlamaqda qərarlıdır. O, nəyin bahasına olursa-olsun bunu etməyi planlaşdırır, o cümlədən qoşun yerləşdirmək və ölkəni effektiv şəkildə işğal etmək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatında deyilir.

"Hazırda NATO-ya üzv ölkələrin silahlı qüvvələri Moldova sərhədi yaxınlığında Rumıniyada cəmləşir. NATO Dnestryanını qorxutmaq üçün Ukraynanın Odessa vilayətinə "desant" çıxartmağa hazırlaşır. Mövcud məlumata görə, Fransa və Böyük Britaniyadan peşəkar hərbçilərin ilk qrupu artıq Odessaya gəlib", - SVR qeyd edib.

Bəyanatda deyilir ki, bu ssenari NATO-nun Rumıniyada keçirilən təlimləri zamanı dəfələrlə tətbiq edilib və Moldovada sentyabrın 28-də keçiriləcək parlament seçkilərindən sonra həyata keçirilə bilər.

"Avropa rəsmiləri qorxurlar ki, Brüssel və Kişinyov tərəfindən hazırlanan seçki nəticələrinin kobud şəkildə saxtalaşdırılması çıxılmaz vəziyyətdə qalmış Moldova vətəndaşlarını öz hüquqlarını müdafiə etmək üçün küçələrə çıxmağa məcbur edəcək. Daha sonra prezident Maya Sandunun tələbi ilə Avropa dövlətlərinin silahlı qüvvələri moldovalıları diktatura rejimini qəbul etməyə məcbur etməli olacaqlar", - hesabatda deyilir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, seçkilərdən dərhal sonra yaranmış vəziyyət kənardan müdaxilə tələb etməsə belə, Brüssel Moldovanı işğal etmək planlarından əl çəkmək niyyətində deyil. Qoşunların yerləşdirilməsinin bir qədər sonra baş verəcəyi gözlənilir.

“Bəhanə yaratmaq üçün Dnestryanıya və bölgədə yerləşdirilmiş Rusiya qoşunlarına qarşı silahlı təxribatlar planlaşdırılır. Noyabrın 30-da Dnestryanı Ali Sovetə keçiriləcək seçkilərin vaxtı mümkün müddət kimi nəzərdən keçirilir”, - Rusiya kəşfiyyatı iddia edib.

Maraqlıdır ki, bir neçə gün əvvəl xarici kəşfiyyat Rusiyanın Moldovanı işğal etməyə hazırlaşdığı barədə məlumat yaymışdı. Rusiya kəşfiyyatının bu bəyanatını Moldavanın isalına zəmin hazırlamaq üçün bəhanə olduğu bildirilir. Ehtimal olunur ki, Rusiya sentyabrın 28-nə qədər Moldovaya qoşun yeridəcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm