MDB
Məhkəmədən qaçan Qarabağ separatçısı Ermənistan konsulluğunda öldü - DETALLAR
Sankt-Peterburqda məhkəmə zalından qaçan Boris Avaqyan Ermənistan konsulluğunun binasında ölü tapılıb.
Publika.az xəbər verir ki, Qarabağda keçmiş qondarma rejimin “xüsusi nümayəndəsi” olmuş B.Avaqyan Rusiyada gömrük rüsumundan yayınma ittihamı ilə hakim qarşısına çıxarılmışdı.
Məhkəmə zalından qaçaraq, Ermənistan konsuluğuna sığınan Avaqyan erməni mediasına dünən verdiyi açıqlamada bildirib ki, həbs olunmasının əsas səbəbi rəsmi İrəvanın onu axtarışa verməsidir.
“Son bir ay ərzində Rusiya hüquq-mühafizə orqanları sənədlərimi yoxlamaq üçün həbs edərək, polis bölməsinə aparıblar. Çünki Ermənistan məni axtarışa verib. Mən konüllü olaraq, Ermənistana ekstradisiya olunmaq istəyirəm”, - o bildirib.
“Mash” teleqram kanalının məlumatına görə, Avaqyan bu gün Ermənistan konsulluğunun binasında ölüb. Avaqyanın təxminən 50 dəqiqə qaldığı tualetdə huşsuz vəziyyətdə tapıldığı deyilir.
Qeyd edək ki, bir-neçə saat əvvəl Avakyanın məhkəmə zalından qaçdığı və Rusiyada axtarışa verildiyi barədə yazı dərc etmişdik.
Asif
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi


































.jpg)


