MDB
Ukraynanın Kurska hücumunun nəticələri: Keçmiş baş komandan açıqladı
Ukrayna ordusunun Kursk sektorunda keçirdiyi əməliyyatların qiyməti həddən artıq yüksəkdir.
Publika.az “Zerkalo Nedeli” nəşrinə istinadən xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı bildirib.
"Bu xarakterli hücum hərəkətləri məhdud məqsədlər üçün həyata keçirilə bilər", - deyə o, fikrini bölüşüb.
Səfir deyib ki, bununla belə, təcrübə göstərdi ki, son nəticədə döyüş təmas xəttinin dar hissəsində təcrid olunmuş taktiki irəliləyiş hücum edən tərəfə lazımi uğur gətirmir.
Zalujnı qeyd edib ki, Rusiya sərhəd bölgəsinə hücumun dəqiq dəyəri məlum deyil, lakin bunun çox yüksək olduğunu söyləmək olar. O vurğulayıb ki, müdafiə olunan qüvvələr texnoloji üstünlüklərdən istifadə edərək, taktiki irəliləyişin əməliyyat uğuruna çevrilməsinə mane olublar.
Qeyd edək ki, Valeriy ZalujnıUkrayna Silahlı Qüvvələrinin Baş Komandanı olub.
Adəm
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi


































.jpg)


