MDB
Saxta spirtli içkidən ölənlərin sayı 25-ə çatdı - VİDEO
Rusiyada saxta spirtli içkidən ölənlərin sayı durmadan artır.
Publika.az xəbər verir ki, bu barədə “Mash na Moyke” Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, Leninqrad vilayətində metil spirtindən zəhərlənmə hadisəsi baş verib, ölənlərin sayı 25-ə çatıb.
"Surroqatın daha altı qurbanı olub ki, onlar da Volosovski rayonunda yaşayırmış və həmin şəxslər evlərində ölü tapılıblar. Onların əksəriyyəti sentyabrın 10-dan 17-dək dünyasını dəyişiblər. Məhkəmə ekspertizası ölənlərin hər birinin qanında metil spirtinin olduğunu təsdiqləyib",- nəşr yazıb.
Xatırladaq ki, sentyabrın 26-da Leninqrad vilayətinin Qostintsı kəndində və Slantsı şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib. Nəticədə 19 nəfərin öldüyü bildirilirdi. Ölənlər arasında saxta spirtli içki satmaqda şübhəli bilinən 79 yaşlı kişinin 75 yaşlı arvadı da olub. 60 yaşlı müəllim isə distribyutoru təhlükəli saxta spirtlə təmin etməkdə şübhəli bilinib və o da saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, bir müddət öncə də Rusiyada xeyli sayda insanın zəhərlənməsi ilə nəticələnən saxra spirtli içki qalmaqalı yaşanmışdı.
Tural
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi


































.jpg)


