MDB
Kremldən Polşaya Kalininqrad cavabı: Müvafiq tədbirlər görürük!
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın Kalininqradla bağlı bəyanatına cavab verib.
Publika.az xəbər verir ki, Peskov "İzvestiya"ya verdiyi müsahibədə Rusiyanın Kalininqrad bölgəsini qorumaq üçün lazım olan hər şeyi etdiyini deyib.
Onun bu şərhi Polşanın xarici işlər naziri Radoslav Sikorskinin NATO-ya çağırışı, alyansın Kalininqradla sərhəddə təlimləri gücləndirməsinin vacibliyi ilə bağlı açıqlamasına cavab olub.
Kremlin sözçüsü deyib: "Biz Rusiyanın bu vacib bölgəsinin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görürük".
Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO-nu Kalininqrad vilayəti yaxınlığında "aqressiv təlimlər" keçirməyə çağırıb. O, rəsmi Varşavanın Rusiya bölgəsi sayılan bu ərazidəki vəziyyəti yaxından izlədiyini və Kalininqrad vilayətində demək olar ki, heç bir qoşunun olmadığını bildirib.
Müəllif: Tural
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi



































