Avropa
Polşa Putinin yeni təhdidlərinə kəskin reaksiya verdi
Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevdə keçirilən brifinqdə Rusiyanın yeni təhdidlərinə cavab verib.
Publika.az "Espresso"ya istinadən xəbər verir ki, o, "Ukrayna ərazisində hansı qoşunların yerləşdirilə biləcəyinə qərar vermək hüququ Rusiya prezidenti Vladimir Putinə deyil, Ukraynanın özünə məxsus olmalıdır" deyib.
Putin Ukraynada Avropa qoşunlarının mövcudluğunun avtomatik olaraq Rusiya ilə Avropa arasında müharibə anlamına gələcəyini deyib. XİN rəhbərindən Rusiya liderinin son açıqlamasına necə yanaşdığı soruşulub. Jurnalistlər Sikorskiyə "bu ciddi təhlükə, yoxsa növbəti Kreml blefidir?" sualını veriblər.
Sikorski cavab olaraq deyib: "Bütün bu müharibə ona görə aparılır ki, Ukraynada hansı qoşunların yerləşdirilə biləcəyinə Putin yox, Ukrayna qərar versin". Nazirin sözlərinə görə, Polşa və onun tərəfdaşları Ukraynaya məhz Putini bu cür qərarlar qəbul etmək imkanından məhrum etmək üçün kömək edirlər. O, həmçinin bildirib ki, NATO üzvləri Kalininqrad bölgəsində hərbi təlimləri artırmalıdırlar.
Müəllif: Tural
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir








.jpg)
















.jpg)













