Sərhəddən 1400 km aralıda: Ukrayna Rusiyanın bu zavodunu vurdu
Bizi izləyin

MDB

Sərhəddən 1400 km aralıda: Ukrayna Rusiyanın bu zavodunu vurdu

Sərhəddən 1400 km aralıda: Ukrayna Rusiyanın bu zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələrinin Başqırdıstana pilotsuz təyyarə hücumu nəticəsində Rusiya-Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşən Sterlitamakdakı zavoda ziyan dəyib.

Publika.az xəbər verir ki, bu barədə Sterlitamak meri Emil Şaymardanov “Telegram”da məlumat verib.

Onun sözlərinə görə, əraziyə dron qalıqları düşüb. "Kiçik ziyan var, amma zavod normal işləyir", - deyə Şaymardanov əmin edib.

Mer həmçinin vurğulayıb ki, hava hücumundan müdafiə qüvvələri şəhərə hücum edən səkkiz dronun hamısını vurub.

Ukrayna Silahlı Qüvvələrinin Sterlitamak və Salavatdakı sənaye obyektlərinə zərbə endirmək cəhdi barədə 29 oktyabr səhəri bildirilib. Şahidlər partlayışlar barədə məlumat veriblər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm