Peskov: Putin əfv qərarı verərkən onun xəstəliyini və uşaqlarını nəzərə aldı
Bizi izləyin

MDB

Peskov: Putin əfv qərarı verərkən onun xəstəliyini və uşaqlarını nəzərə aldı

Peskov: Putin əfv qərarı verərkən onun xəstəliyini və uşaqlarını nəzərə aldı

Rusiya Prezidenti Vladimir Putin Lerçek kimi tanınmış bloger Valeriya Çekalinanı humanitar əsaslarla əfv etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında məlumat verib.

Bununla belə, Kremlin sözçüsü Çekalinanın dövlətə ciddi iqtisadi ziyan vurduğunu da etiraf edib. Lakin prezident qərar verərkən onun ağır xəstəliyini və azyaşlı uşaqlarının olmasını nəzərə alıb.

Xatırladaq ki, Vladimir Putin 14 noyabrda bloger Valeriya Çekalinanın əfvi haqqında fərman imzalayıb. Sənədə əsasən bloger cəzadan azad edilir və onun məhkumluğu da üzərindən götürülüb. Fərmanda həmçinin qərarın humanitar prinsiplərə əsaslanaraq verildiyi bildirilib.

Çekalina qanunsuz valyuta əməliyyatları işi üzrə ittiham olunub. Ona 2026-cı ilin yazında metastazlarla müşayiət olunan dördüncü mərhələ mədə xərçəngi diaqnozu qoyulmuşdu. Blogerin xəstəliyi dördüncü uşağının dünyaya gəlməsindən qısa müddət sonra üzə çıxıb. Cinayət işi məhz ağır xəstəlik səbəbindən mart ayında dayandırıldı və blogerə ev dustaqlığı verildi. Ona müəyyən fəaliyyətlərlə bağlı qadağa qoyulmuşdu. Lakin yayda bir neçə kimyaterapiya kursundan sonra məhkəmə prosesi yenidən başladı. 31 iyulda Moskvanın Qaqarinski Məhkəməsi Lerçeki beş il şərti azadlıqdan məhrum etmə və təxminən 763 milyon rubl cərimə cəzasına məhkum etdi. Bloger qərardan apelyasiya şikayəti versə də, 5 noyabrda Moskva Şəhər Məhkəməsi hökmü tam şəkildə qüvvədə saxladı.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm