Koalisiya gücləri rusiyalıları BOMBARDMAN ETDİ: ölənlər var
Bizi izləyin

Yaxın Şərq

Koalisiya gücləri rusiyalıları BOMBARDMAN ETDİ: ölənlər var

Rusiya vətəndaşlığına malik olan qadın və uşaqlar İŞİD terror təşkilatının nəzarətində olan Suriyanın Deyr-ez-Zor əyalətində beynəlxalq koalisiyanın bombardmanı gedişatında həlak olub.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Çeçenistan Respublikasının başçısı yanında insan hüquqları üzrə şuranın və Yaxın Şərq münaqişə zonasından Rusiya qadınları və uşaqlarının qayıdışı üzrə işçi qrupunun üzvü Xeda Saratova bildirib.

“Bu qadınlar faktiki olaraq terrorçuların girovu oldu, onlar indi mühasirədədir, bombaların altında məhv olurlar və kömək üçün yalvarırlar”, - insan hüquqları müdafiəçisi qeyd edib.

Onun sözlərinə görə, orada başqa ölkələrdən də yüzlərlə uşaqlı qadın var.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm