Hərbi əməliyyatlar davam edir - Daha bir rayon azad edildi - FOTO
Bizi izləyin

Yaxın Şərq

Hərbi əməliyyatlar davam edir - Daha bir rayon azad edildi - FOTO

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın şimalındakı Rəkka əyalətinin Tel-Abyad sərhəd şəhərinin cənub-şərqindəki Suluk rayonunu terrorçulardan tam azad edib.

Publika.az Habertürk-ə istinadən xəbər verir ki, yenidən təşkil edilmiş Suriya Milli Ordusunun əsgərləri ərazini tam nəzarətə götürüb və hazırda axtarış-xilasetmə işləri aparırlar.

Antiterror əməliyyatı çərçivəsində terrorçuların Tel-Abyaddakı hədəfləri haubitsalardan atəşə tutulur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm