Qəzzadan İsrailə 150-yə yaxın raket atıldı - VİDEO
Bizi izləyin

Yaxın Şərq

Qəzzadan İsrailə 150-yə yaxın raket atıldı - VİDEO

Qəzza sektorundan İsrail ərazisinə 150-yə yaxın raket atılıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" İsrail ordusuna istinadla məlumat yayıb.

Bildirilir ki, atılan raketlərin çoxu "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi vasitəsilə məhv edilib.

İsrail hərbçiləri buna cavab olaraq HƏMAS hərəkatına məxsus olan obyektlərə aviazərbələr endiriblər.

"Asharq Al-Awsat" nəşri yaydığı məlumata görə, İsrailin aviazərbələri nəticəsində HƏMAS-ın liderlərindən biri Məhəmməd Fayad Beyt-Hanun şəhərində ölüb.

İlkin məlumata əsasən, ümumilikdə 20 fələstinli həlak olub, 65-i yaralanıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm