İrandan İsrailə İSMARIŞ: Cavabımız ağrılı olacaq
Bizi izləyin

Yaxın Şərq

İrandan İsrailə İSMARIŞ: Cavabımız ağrılı olacaq

Tehran İran hədəflərinə hücumlara görə Təl-Əvivə “ağrılı” cavab vermək niyyətindədir və ABŞ-ın THAAD raketdən müdafiə batareyaları İsrailə kömək etməyəcək.

Publika.az "Asriran"a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami deyib.

“Siz çox yaxşı bilirsiniz ki, biz bir şey deyəndə onu edirik. Əgər İsrail həm İran ərazisində, həm də Yaxın Şərqdəki hədəflərimizdən hər hansı birini vurarsa, cavabımız ağrılı olacaq”, - deyə Səlami bildirib.

O, həmçinin vurğulayıb ki, Vaşinqton tərəfindən təmin edilən THAAD raketdən müdafiə batareyaları İranın hücumunu dayandırmaqda Təl-Əvivə kömək etməyəcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm