İsrail Qəzzaya irimiqyaslı zərbələr endirdi
Bizi izləyin

Yaxın Şərq

İsrail Qəzzaya irimiqyaslı zərbələr endirdi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına irimiqyaslı zərbələr endirib, çoxlu sayda itki var.

Publika.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadla məlumat yayıb.

“Fələstin anklavının səlahiyyətlilərinə görə, İsrail Hərbi Hava Qüvvələri bazar günü gecə şimaldakı Beyt Lahiya şəhərini bombalayıb. Yaşayış sahəsi tamamilə dağılıb. Bir çoxları hələ də dağılmış binaların dağıntıları altında qalıb”, - deyə məlumatda bildirilir.

WAFA-nın məlumatına görə, Beyt Lahiyədə yerli xəstəxananın həyətinə sığınan bir qrup fələstinli pilotsuz təyyarədən atəşə tutulub. Təcili yardıma birbaşa zərbə də qeydə alınıb.

WAFA həmçinin bildirib ki, Deyr əl-Bələh şəhərində məcburi köçkünlər üçün sığınacağa bir gecədə edilən hücumda beş fələstinli yaralanıb. Qəzzada bir neçə bölgə hava hücumuna məruz qalıb. Agentliyin məlumatına görə, yaşayış binasına endirilən zərbə nəticəsində iki nəfər xəsarət alıb.

İordan çayının qərb sahilində ordunun cipi gecə saatlarında motosiklet sürən gənci vurub. O, ciddi xəsarətlər alıb. Hadisə Tulkərm şəhərində keçirilən reyd zamanı baş verib. Həmçinin, bir zirehli texnika koloniyası Nablusdakı Balata qaçqın düşərgəsini işğal edib, əlavə olaraq Beytlehemdə də oxşar basqın həyata keçirilib. Orada İDF səs-küylü qumbaraatanlardan istifadə edib.

Hüeyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm