Nəqliyyat
İki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi
Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, dəyişikliyə əsasən 2 nömrəli marşrutun hərəkəti 30 noyabr tarixindən dəyişdirilərək Ziya Bünyadov prospekti 36, Daxili İşlər Nazirliyinin Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazi təyin edilib.
Dəyişiklikdən əvvəl isə 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi “Azadlıq” və “Ziya Bünyadov” prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olub. Bununla yanaşı məlum dəyişikliyin digər bir səbəbi isə sərnişin axının vəziyyəti ilə bağlıdır. Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.
7 nömrəli marşrutun hərəkət trayektoriyası da 30 noyabr tarixindən dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov - İlqar Cümşüdov küçəsi - Cavadxan küçəsi ilə, Abbas Mirzə Şərifzad küçəsi istiqamətində Nazim Hikmət küçəsi - Əbdürrəhimbəy Haqverdiyevə küçəsi, əks istiqamətdə Hüseyn Cavid prospekti - Həsən Məcidov küçəsi – Əhməd Cəmil – Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib.
Bu dəyişikliyin edilməsinin əsas səbəbi isə bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...