Nəqliyyat
Bakı Metropolitenindən XƏBƏRDARLIQ: Yanvarın 23-dən etibarən… - - FOTO
“İnşaatçılar” stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq.
“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, 1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olub.
“Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb”.
“Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki,
“İnşaatçılar” stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar
2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin
giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (“20 Yanvar”
tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq
olacaq.
Qeyd edək ki, I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq
olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə
küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə
üzləşməyəcəklər.
2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunub və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilib. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO