Nəqliyyat
Sürücülərə ŞAD XƏBƏR - Parklanma müddəti dəyişdirilir
Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilir.
Trend-in məlumatına görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif edilir.
Hazırda bu qanuna əsasən, bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Bu müddətin bitməsinə 1 saat qalmış İnzibati Xətalar Məcəlləsiin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisnə məlumat verilir. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İXM-nin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati protokol tərtib edilir, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.
Qanuna görə, 24 saatın bitməsinə 1 saat qalmış İXM-nin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-ə əsasən, inzibati məsuliyyət cəlb edilməsi, cərimənin məbləği barədə ödənişsiz SMS məlumatı göndərilir.
Bu deyilənlər isə onu deməyə əsas verir ki, bir parklanmanın müddəti 24 saat müəyyən edilibsə, bu vaxt tamam olmamış nəqliyyat vasitəsi istifadəçisinin məsuliyyəti yarana bilməz, ona görə də qanunda dəyişikliklərin edilməsinə ehtiyac var.
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA