Bu yollarda TƏMİR VAR
Bizi izləyin

Nəqliyyat

Bu yollarda TƏMİR VAR

Hazırda respublikanın bir sıra avtomobil yollarında rənglənmə və təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-360 km-də yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. İşlər bu gün axşam saatlarınadək davam edəcək.

Bundan başqa, Bakı şəhərində təhlükəsiz hərəkətin tənzimlənməsi məqsədilə Sabunçu rayonu, Sabunçu yol qovşağında üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm