Bakı metrosunda HƏYACANLI ANLAR: qatar tuneldə qaldı, SƏRNİŞİNLƏR TƏXLİYƏ EDİLDİ
Bizi izləyin

Nəqliyyat

Bakı metrosunda HƏYACANLI ANLAR: qatar tuneldə qaldı, SƏRNİŞİNLƏR TƏXLİYƏ EDİLDİ

Bu gün günorta saatlarında metronun “Həzi Aslanov” – “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

“Bakı Metropoliteninin” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, nasazlıq qatarların hərəkətində gecikməyə səbəb olub:

“Saat 13:11 radələrində “Qara Qarayev” stansiyasında qatarda nasazlıq müşahidə edilib. Maşinist 7-8 dəqiqə ərzində nasazlığı aradan qaldırıb. Sərnişinlər həmin qatardan çıxarılıb və həmin qatar depoya göndərilib. Bu proses də qatarların hərəkətinə gecikməyə səbəb olub. Xüsusən, “İçərişəhər” stansiyasında sıxlıq müşahidə edilib. Lakin qısa zamanda görülən tədbirlər nəticəsində interval bərpa edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm