Nəqliyyat
Dünənki qəzada yaralanan avtobus sürücüsü nəfəs aparatına qoşulub - VƏZİYYƏTİ AĞIRDIR
Ötən gün Binəqədi-Balaxanı yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub.
Publika.az Trend-ə istinadən xəbər verir ki, saat 17:00 radələrində “Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyə avtomobili 108B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, qəzada xəsarət alan 1985-cil təvəllüdlü Mikayılov Bəhruz Ərzalı oğlu, 1985-ci il təvəllüdlü Quliyev Ceyhun Sabir oğlu və 2000-ci il təvəllüdlü Əhmədova Rövşanə Sədiyar qızı ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.
Avtobusun sürücüsü 1971-ci il təvəllüdlü Mirzəyev Vüqar Zöhrab oğlu isə reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədən bildirilib ki, xəstənin vəziyyəti hazırda ağırdır, o, süni nəfəs aparatına qoşulu vəziyyətdədir.
Qeyd edək ki, 108B xətti üzrə hərəkət edən “Daewoo” markalı 10 TG 831 dövlət qeydiyyat nişanlı avtobusla üzərində "Qazel" markalı maşın olan 90 JJ 509 dövlət nömrə nişanlı evakuatorun toqquşması hadisəsini aidiyyatı qurumlar araşdırır. İlkin məlumata görə, hadisəyə evakuatorun dönmə əməliyyatını qaydalar çərçivəsində icra etməməsi səbəb olub.
-
Nəqliyyat19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal19:05
Ramin Deko saxlanıldı
-
Kriminal18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu
-
Hadisə17:52
25 yaşlı oğlanın evli qadınla sevgi macərası ölümlə bitdi: özünü eyvandan atdı
-
Sosial17:11
Sabiq qərargah rəisi saxlanıldı
-
Maraq dünyası16:20
2 bürc gələcəyi görür - Xüsusi istedadları var
-
MDB15:28
Rusiya dəstəyi dayandırdı: Pulsuz qalıblar