Nəqliyyat
Şimal bölgəsinə gedənlərə ŞAD XƏBƏR: gecə səfərlərinə start verilir
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
Bu barədə Publika.az-a qurumdan bildirilib.
Qeyd olunub ki, yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək (Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya 8 saat 40 dəq).
Marşrut üzrə (Şimal bölgəsi) Şəki, Zaqatala, Qax və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.
Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar


































