Nəqliyyat
Bakıdakı bəzi avtobus dayanacaqları ilə bağlı yenilik
Bakı Nəqliyyat Agentliyi yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerlərinin dəyişdirilməsi işləri davam etdirir.
BNA-dan Publika.az-a verilən məlumata görə, bu çərçivədə M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib.
Nəticədə, yolun hərəkəti buraxmaq qabiliyyəti artıb. Məlumat
üçün bildirək ki, svetoforla nizamlanan M.Qardaşları küçəsi ilə
A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə
olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin
mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.
Həmçinin, Cavadxan küçəsində (Zərifə Əliyeva adına göz klinikasının
qarşısında) mövcud avtobus dayanacaq məntəqəsi svetoforla
nizamlanan yol kəsişməsində təşkil edildiyindən həmin ərazidə
avtobusların dayanması sərnişinlərin təhlükəsizliyini təmin
etmədiyindən və hərəkət iştirakçılarına maneə yaratdığından,
avtobus dayanacaq məntəqəsi kəsişmədən irəlidə təşkil edilib.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi