Bakıda yol polisi sürücünü saxladı və... - ŞOK VİDEO
Bizi izləyin

Nəqliyyat

Bakıda yol polisi sürücünü saxladı və... - ŞOK VİDEO

Bakıda yol polisi əməkdaşı ilə minik avtomobili sahibi arasında baş vermiş maraqlı dialoqu əks etdirən görüntülər yayılıb.

Publika.az xəbər verir ki, videonu yayan şəxs Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində 99 YP 394 dövlət qeydiyyat nışanlı DYP avtomobilinin onu qeyri-qanuni səbəbdən saxladığını bildirib.

Belə ki, Y.V.Çəmənzəminli küçəsindən Əhməd Rəcəbli küçəsinə doğru hərəkət edən minik avtomobili Ziya Bünyadov prospekti istiqamətində gedərkən arxadan DYP avtomobili yaxınlaşaraq saxlamasını əmr edib. Minik avtomobilinin sürücüsü yol polisindən onu hansı səbəbdən saxladığını təkidlə soruşsa da, polis əməkdaşı tutarlı cavab verməkdə çətinlik çəkir və "Tanış gəldiniz", deyərək əməlinə haqq qazandırmaq istəyir. Daha sonra isə DYP avtomobili ərazidən uzaqlaşır.

Həmin videonu təqdim edirik.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm