Nəqliyyat
Bura ölkənin ən böyük emal şəhərciyinin logistik nöqtəsinə çevrilə bilər - Ekspert
Qəbələ dəmir yolu stansiyasının ətraf əraziləri 5 il sonra ya sadəcə rentabelsiz əraziyə, ya da kənd təsərrüfatı üzrə Azərbaycanın ən böyük emal şəhərciyinin logistik nöqtəsinə çevrilə bilər. Hər şey özümüzdən asılıdır.
Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
E.Əmirov bildirib ki, Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılması emal sənaye sahələrinin bölgələrdə yaradılması üçün çox ciddi təkan ola bilər:
"Həmişə səsləndiririk ki, kənd təsərrüfatı məhsullarını birbaşa tarladan satışa çıxarmaqla (ixracla) “Böyük Kənd Təsərrüfatı dastanı” yazmaq olan şey deyil. Mütləq kənd təsərrüfatı məhsulları müxtəlif emal proseslərindən keçərək yeni sənaye məhsulu kimi xaricə ixrac edilməlidir. Bu, qida sənaye məhsulları da ola bilər, digər yüngül sənaye məhsulları da. Buna görə də rayonlarımızda mütləq emal sənaye müəssisələri yaradılmalıdır. Qəbələ respublikanın ən öndə olan rayonlarından biridir. Rekreasiya və turizm imkanları, meyvəçilik, bitkiçilik və s. oradadır. Ətraf rayonlarda da kifayət qədər potensial var. Ləkidən ora çəkilmiş təxminən 40 km-lik dəmir yolu xətti imkan verir ki, bu stansiyanın yaxın coğrafiyasında böyük emal müəssisələri şəhərciyi salınsın. Bu stansiya həm orda yaradılmalı müəssisələrin xammal təminatı, həm də emal edilmiş hazır məhsulların ixracı böyük logistik imkanlar yaradır. Nə olursa olsun, hökumət o stansiyanın ətraf ərazilərindən, yaxın 5 km radiusundan (imkan varsa daha geniş) torpaqların hansısa formada bundan sonra özəlləşdirilməsinə və ya satılmasına imkan verməməlidir. O ərazilərdəki sahibkarlara dəqiqləşdirilmiş şərtlər, eyni zamanda çox ciddi vergi və digər güzəştlər daxilində emal sənayesi müəssisələrin yaradılması məqsədilə uzun müddətli icarəyə verilməlidir. Təsəvvür edin ki, Dünya Bankının hazırladığı yeni tədqiqatda deyilir ki, Azərbaycanda aqrar sektorda işçi qüvvəsinin 36 faizi cəmləşib, amma bu sektor ÜDM-nin cəmi 7 faizini istehsal edir. Niyə? Səbəb çox sadədir. Vurğuladığım kimi kənd təsərrüfatı məhsullarımızın pul ifadəsində yüksək dəyər ifadə edə bilməməsidir".
Ekspertin fikrincə, mütləq şəkildə müasir tələblərə uyğun emal sənaye müəssisələri yaradılmalıdır: "2021-ci ilin yanvar-mart aylarında Azərbaycan dünyanın 153 ölkəsi ilə ticarət həyata keçirib. Bunlardan 144 ölkədən məhsul idxal etsək də, 89 ölkəyə ixracımız olub. 89 ölkə az deyil. Demək ki, az olan say yox, dəyərdir. İxrac edilən dəyəri artırmaq üçün isə məhsul xammal kimi, primitiv əmtəə kimi deyil, birbaşa istehlaka yararlı emal sənayesinin son məhsulu olaraq ixrac edilməlidir. Amma kənd təsərrüfatında əksəriyyət təşkil edən ailə təsərrüfatları isə rəqabətə davamlı emal məhsulu yaratmaq gücündə deyil. Buna görə regionlar üzrə prioritet sahə emal sahəsi olmalıdır. Yalnız bu yolla regionlarda dirçəlişə nail olmaq, paytaxtla regionlar arasındakı ifrat bərabərsizliyi azaltmaq mümkündür".
-
Cənubi Qafqaz13:33
Paşinyan telefondakı intim yazışmaları oxudu və... - İrəvanda siyasi böhran
-
Dünya13:21
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
-
Kriminal12:15
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: "Biri ərimlə yatdı, digəri isə..."
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”
-
Sosial10:32
Araz Əsgərliyə yeni vəzifə verildi
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi
-
MDB09:24
Rusiya və ABŞ rəsmiləri arasında gizli görüş: Ukrayna ilə bağlı görün nə danışıblar