SON DƏQİQƏ: Sabahdan fəaliyyətə başlayır
Bizi izləyin

Nəqliyyat

SON DƏQİQƏ: Sabahdan fəaliyyətə başlayır

May ayının 31-də saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlara yola düşəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Publika.az-a bildirilib ki, BBAK-dan 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunub.

Sərnişinlərə səfərdən öncə “avtovagzal.az” saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmaq tövsiyə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm