Cəlilabadda avtoxuliqan həbs edildi
Bizi izləyin

Nəqliyyat

Cəlilabadda avtoxuliqan həbs edildi

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Publika.az-a məlumata görə, polis əməkdaşları tərəfindən avtoxuliqanlıq edən Cəlilabad rayon sakini R.Qəhrəmanov saxlanılıb.

İdarə etdiyi “VAZ 2106” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozan R.Qəhrəmanov barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

R.Qəhrəmanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm