Nəqliyyat
AZAL Səudiyyə Ərəbistanına xüsusi reyslər yerinə yetirəcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.
Publika.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, uçuşlar noyabrın 25-dən həftədə bir dəfə, cümə axşamı günləri "Airbus A319/320" təyyarələri ilə yerinə yetirəcək.
Aviabilet satışı aviaşirkətlərin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcıların akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Reyslərə yalnız COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Səudiyyə Ərəbistanına səyahəti planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-saudi-arabia
Azərbaycanda COVID-19 testindən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında dərc edilib: https://www.azal.az/az/information/covid-clinics
Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19 testini dövlət tərəfindən akkreditə olunmuş və PCR testi vasitəsilə analiz götürən istənilən klinikada və ya laboratoriyada keçmək mümkündür. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə olunur. QR-kod hava limanında rəsmiləşdirmə prosedurlarından keçidi sürətləndirməyə imkan yaradacaq.
COVID-19 testinin nəticələri uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.
-
Sosial18:00
Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq
-
Nida Xəbər 17:30
Vəzifəsindən azad edilən general kimdir? - DOSYE
-
Müsahibə17:00
Azərbaycanlı Leyla ilə avstriyalı Berndin ailəsi: İtmiş telefonla başlayan eşq hekayəsi
-
Hadisə16:34
“Qaziyəm” deyib şəhəri bir-birinə qatdı, saxlanıldı - VİDEO
-
Nida Təhlil 16:02
Moldovada siyasi qütbləşmə pik həddə: “Qaqauz kartı” işə salınır
-
Magazin215:31
Məşhur azərbaycanlı müğənni axtarışa verildi - Şok səbəb/FOTO
-
Rəsmi xronika15:10
Bu, müsəlman dünyasının Azərbaycana hörmətdir
-
Elm və təhsil14:42
Emin Əmrullayev onu müdir təyin etdi