Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
Bizi izləyin

İdman

Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar

Rusiya gimnastikasının lider, Azərbaycan əsilli Lalə Kramarenko bu ölkənin mətbuatına geniş müsahibə verib.

Publika.az xəbər verir ki, müsahibə zamanı Laləyə Azərbaycandan təklif gələrsə qəbul edib-etməyəcəyi ilə bağlı sual verilib.

O, Azərbaycanın təklifini qəbul etməyin xəyanət olacağını bildirib.

-Tutaq ki, sabah Azərbaycan siz dəvət etdi. Olimpiya Oyunlarında iştirak xatirinə bu dəvəti qəbul edərsiniz?

– Yox (gülür). Mən qısa, amma aydınam. Bu o demək deyil ki, mən Azərbaycan üçün yarışa bilmərəm. Bu, sadəcə bir növ şəxsi ambisiya və emosiyalardır. Mən ölkəmə xəyanət edə bilmərəm. Bu bir növ xəyanətdir.

Qeyd edək ki, Lalənin babası Sergen Kramarenko “Neftçi”nin əfsanəsi olub. Onun atası Dmitri Kramarenko isə Azərbaycan yığmasının qapıçısı olub. Bu ölkə onlara hər şey verib: pul da, şöhrət də, hörmət də. Amma görünür Lalətyə ailəsinsdə bunu başa salan olmayıb. Yoxsa Azərbaycanın şərəfini qorumağı xəyanət hesab etməzdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm