Nida.az
Arif Hacılı ilə Mirmahmud Mirəlioğlu toqquşdu - Qalmaqal
Müsavat Partiyası ilə Klassik Xalq Cəbhəsi Partiyası
(KXCP) arasında qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, buna səbəb Müsavat
Partiyası başqanı Arif Hacılının açıqlaması olub.
“25 il əvvəl Azərbaycan Xalq Cəbhəsini bizim idarə etdiyimiz zaman
bu təşkilatda bütün seçkilər gizli səsvermə ilə keçirilirdi. Hətta
AXC-yə üzvlük şifahi idi, amma seçkilər gizli. Gizli seçkilər
demokratik idarəçiliyin əsas şərtidir. Gizli səsvermə,
alternativlilik, təbliğat və əks təbliğat imkanları, paritet
əsaslarla formalaşan, etimadlı seçki komissiyalarının yaradılması
seçkilərin azad və ədalətliliyini müəyyən edən əsas şərtlərdir. Biz
bu şərtlərin zəruriliyini daim təbliğ etməklə yanaşı, bu şərtlərə
həmişə əməl etmişik. Təəssüf ki, bu gün AXC-nin törəmələri olan
əksər təşkilatlarda seçkilərin açıq keçirilməsi ilə uzun illər
bundan əvvəl müəyyən etdiyimiz qaydalardan imtina edilib”, - deyə
A. Hacılı “facebook” səhifəsində KXC-nin avqustun 1-də keçirilən
qurultayında açıq səsverməyə münasibət bildirərkən yazıb.
KXCP sədri Mirmahmud Mirəlioğlu Publika.az-a
açıqlamasında A. Hacılının fikirlərinin heç nəyə əsaslanmadığını
bildirib: “Hər bir təşkilatın nizamnaməsi var və ən ali orqan olan
qurultay bu nizamnaməyə uyğun şəkildə səsvermənin açıq, yaxud gizli
keçirilməsinə qərar verir. Bəziləri məsələləri qarışdırır. AXC
tarixində cəmi bir dəfə Əbülfəz Elçibəyin qatıldığı sədr seçkisi
gizli keçirilib. Buna səbəb isə alternativ namizədin olması idi.
Ondan başqa gizli səs vermə olmayıb”.
M. Mirəlioğlu dəvət olunmasına baxmayaraq, KXCP-nin qurultayına
gəlməyən Arif Hacılıya “buna görə onlara təşəkkür edirik” deyə
cavab verib.
Asif Nərimanlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi