Nida.az
BAXCP Əbülfəz Elçibəyi andı - FOTOLAR
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər və partiyanın bir qrup fəalı Milli Azazdlıq Hərəkatının lideri, eks prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.
Partiyadan Publika.az-a verilən məlumata görə, Əbülfəz Elçibəyin işıqlı xatirəsinin heç zaman yaddaşlardan silinməyəcəyini bildirən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərindən söz açıb.
BAXCP sədri qeyd edib ki, Əbülfəz Elçibəy fəaliyyətinin bütün dövrlərində, həm hakimiyyətdə, həm də müxalifətdə olduğu zaman xalqın və dövlətin mənafeyini hər şeydən üstün tutub, fədakarlıq nümayiş etdirib: “Elçibəy xalqımızın azad bir cəmiyyətdə yaşamasını, öz taleyinə özünün sahiblik etməsini arzulayırdı. Bu gün onun arzularının bir hissəsi gerçəkləşib. Mən Əbülfəz bəyin xalqımızın daha böyük hədəfləri ilə bağlı ideyalarının da həyata keçəcəyinə inanıram. Elçibəyin davamçıları olan bizlər onun ideyalarının, arzularının həyata keçməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ruhun şad olsun, bəy”.
-
Hadisə01:00
Yanğın nəticəsində xəsarət alan var? - İcra başçısı açıqladı
-
Hadisə00:36
"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - FOTO/VİDEO/ YENİLƏNDİ
-
Qoroskop00:30
Günün qoroskopu: yaşamınızda yeni intriqa peyda olacaq
-
Nəqliyyat00:20
Yanğınla bağlı daha bir yol bağlandı - YENİLƏNDİ
-
Dünya15 May 23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO
-
Magazin115 May 23:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
-
Dünya15 May 21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin115 May 20:05
Çingiz Mustafayevin toyu olacaq