Nida.az
Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun ilə görüşüb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında illik hərbi
əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin
iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimlərin
keçirilməsinin vacibliyi, o cümlədən bu cür tədbirlərin davamlı
olaraq icra edilməsi xüsusi qeyd olunub.
Bundan əlavə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin
inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın
perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə
üçün vacibliyi və digər məsələlər müzakirə edilib.
Müdafiə naziri Azərbaycan və Türkiyə Silahlı Qüvvələri
nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilini, birgə
təlimlərin keçirilməsinin vacibliyini qeyd edərək hərbi,
hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksələn xətt
üzrə inkişaf etdiyini və bunun gələcəkdə də davam etdirilməsinin
zəruriliyini bildirib.
Səfir Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi
attaşesi briqada generalı İhsan Başbozkurtu təqdim edib.
Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Anar Tağıyev
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi