Nida.az
Putinlə Obama masaya oturmayacaq: Qarabağla bağlı ümidlər puç olur?
BMT Baş Assambleyasının Nyu-York iclasında Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obamanın görüşü planlaşdırılmır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Vaşinqtondan hələlik belə bir təklif gəlməyib:
“Qrafikdə hələlik belə bir görüş yoxdur. Təbii ki, tərəflər iş
qrafikinə baxır və buna uyğun qərar verirlər. Əgər belə bir
təşəbbüs yaranacaqsa, bu istiqamətdə konkret işlər görüləcək”.
Qeyd edək ki, Putinlə Obamanın Nyu-Yorkda görüşüb-görüşməməsi
Dağlıq Qarabağ münaqişəsinə də təsir edə bilər. Yayılan məlumatlara
görə, Minsk qrupunun amerikalı həmsədri Nyu-Yorkda Azərbaycan və
Ermənistan prezidentlərinin görüşünü təşkil etmək istəsə də, bu baş
tutmayıb. Əvəzində, xarici işlər nazirlərinin görüşü gözlənilir.
Ekspertlər Nyu-York iclasında Putinlə Obamanın bir araya gəlməsinin
Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə səbəb olacağını
proqnozlaşdırırdı. İndi bununla bağlı suallar açıq qalır.
Asif Nərimanlı
-
Sosial12:28
SOCAR-dan İsrailə neft satması ilə bağlı iddialara REAKSİYA
-
Sosial11:56
Bu şəxslərə şad xəbər: pensiyaları artacaq
-
Nəqliyyat11:31
Bakıda taksi xidməti niyə kəskin bahalaşıb? - Rəsmi açıqlama
-
Region11:11
İrəvan aeroportunda 41 gün aclıq edən Nikolyan Fransaya qayıtdı: Bildirdi ki...
-
Maraq dünyası10:46
Bu ay BÜRCLƏRİ nələr gözləyir? - Pul, karyera, toy və...
-
Dünya10:10
Mask Yupiterlə bağlı sirli proqnoz verdi
-
Sosial09:36
Ermənistanda əsirlikdə olan azərbaycanlıların NADİR GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
-
MDB09:06
Kliçkonu İrəvana dəvət etdilər