Nida.az
ATƏT-in Azərbaycana müşahidəçi göndərməmək qərarına YAP-dan reaksiya
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəldən məqsədi ondan ibarət idi ki, müxtəlif bəhanələr gətirərək parlament seçkilərində Azərbaycana müşahidəçi göndərməsinlər”.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin
müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ATƏT DTİHB-nin
Azərbaycana müşahidəçi göndərməkdən imtina etməsinə münasibət
bildirərkən deyib.
S.Novruzov bildirib ki, DTİHB bu və ya digər bəhanələrlə
Azərbaycan hökumətinin, Azərbaycan Parlamentinin, Mərkəzi Seçki
Komissiyasının müşahidəçi göndərmək dəvəti ilə bağlı problemlər
yaradırdı: “Mərkəzi Seçki Komissiyası və ayrı-ayrı aidiyyəti
qurumlar Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar
həm müxtəlif Avropa institutlarına, həm MDB Parlament
Assambleyasına, həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Assambleyasına, o cümlədən ayrı-ayrı ölkələrin
parlamentlərinə və seçki komissiyalarına seçkilərin azad, ədalətli,
demokratik keçirilməsini müşahidə etmək üçün müşahidəçilər
göndərilməsi ilə bağlı müraciətlər edib”.
Millət vəkili qeyd edib ki, bu müraciətlərə və Azərbaycanın
mövqeyinə baxmayaraq, istər Avropa Şurası Parlament
Assambleyasından, istərsə də ATƏT-dən və xüsusilə DTİHB-dən elə
adamlar seçilib bu müşahidə missiyasına daxil edilmişdi ki, onların
bir hissəsi Azərbaycanın icazəsi olmadan işğal olunmuş Dağlıq
Qarabağ ərazisində bu və ya digər tədbirlərdə iştirak ediblər,
bəziləri də Ermənistan parlamenti ilə həmin ölkələrin parlament
dostluq qruplarının rəhbərləridir: “Yəni bu cür adamları xüsusilə
seçib müəyyənləşdirmişdilər ki, Azərbaycan hökuməti növbəti dəfə
etiraz etsin və bunlar da bəyan etsin ki, Azərbaycan
müşahidəçilərin gəlməsini istəmir. Bilirsiniz ki, Azərbaycan
iqtidarı belə bir şərt qoyub ki, Azərbaycandan icazəsiz Dağlıq
Qarabağ ərazisinə gedən siyasətçi, iş adamı, müğənni, yazıçı, şair,
yəni kimliyindən asılı olmayaraq hər kəs qara siyahıya daxil edilir
və Azərbaycana buraxılmır”.
Onun sözlərinə görə, DTİHB ayrı-ayrı dövlətlərə 15 nəfərdən
artıq müşahidəçi göndərmir: “Azərbaycanda 125 seçki dairəsi
fəaliyyət göstərir və Azərbaycan hökuməti hər dairəyə bir nəfər
qısamüddətli müşahidəçi və 10-a yaxın uzunmüddətli müşahidəçi
göndərməyi təklif edib ki, bu da kifayət edir ki, ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçki haqqında öz
fikrini bildirsin”.
S.Novruzov bildirib ki, DTİHB-nin və digər bu kimi qurumların rəyi artıq bəllidir: “Seçkilərin necə keçirilməsindən asılı olmayaraq, bunların rəyi artıq yazılıb. Sadəcə olaraq bunlar müxtəlif bəhanələr axtarırlar”.
YAP rəsmisi əlavə edib ki, Azərbaycanda seçkinin taleyini xalq həll edir, xalqın iradəsi ilə formalaşır: “Bəzən belə fikirlər ortaya atırlar ki, guya müşahidəçi olmasa, filan partiya iştirak etməsə seçkilər demokratik hesab olunmur. Seçki qanunla keçirilir və qanunla keçirilən seçki azad, demokratik və şəffaf seçkidir. Azərbaycanda da həmişə ədalətli, demokratik, şəffaf və qanuni seçkilər keçirilir”.
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər