Nida.az
Müdafiə Nazirliyi: Məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rejimi daşıyır
Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyət və Ermənistan KİV-də yayılan yalan informasiya barədə bəyanat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a daxil olan byanatda deyilir:
Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri
cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun
dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı
növbəti dəfə yalan məlumat yayıblar.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, bu kimi
xəbərlərin heç bir əsası yoxdur və dezinformasiya xarakteri
daşıyır.
Heç şübhəsiz ki, siyasi və hərbi iflasa uğramış Ermənistan
hakimiyyətindəki kriminal rejim tərəfindən təkrarlanan bu kimi
informasiyalar ilk növbədə cəbhədəki uğursuzluğa, canlı qüvvə
sarıdan verdikləri itkilərə görə erməni ictimaiyyəti qarşısında
bəraət qazanmaq, eyni zamanda həmsərhəd kəndlərdə Azərbaycanın
mülki vətəndaşlarına qarşı törətdikləri cinayətləri gizlətmək
məqsədi daşıyır.
Silahlı Qüvvələrimizin bölmələri Ermənistanla dövlət sərhədi
boyu yerləşən daha üstün və əlverişli yüksəkliklərdəki mövqelərdən
düşmənin istənilən hərbi obyektini darmadağın etmək, təmas xəttinin
dərinliyində olan yaşayış məntəqələrini, kommunikasiya xətlərini
tam nəzarətdə saxlamaq imkanına malikdir.
Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri yalnız mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcəkdir. Bu səbəbdən də istənilən hərbi məqsədli vasitələrin mülki əhalinin olduğu yaşayış məntəqələrində yerləşdirilməsinə, qarşıdurma nəticəsində dinc sakinlərə vurulan ziyana görə məsuliyyət öz əhalisini məqsədyönlü surətdə girov saxlayan Ermənistan hakimiyyətinin üzərinə düşür.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO