Nida.az
Medvedyevin xanımı Mehriban Əliyeva ilə birgə layihəsindən danışdı
“Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələr bu gün xüsusilə əhəmiyyətli və dəyərlidir. Mən ümidvaram ki, Heydər Əliyev Fondu və Sosial-Mədəni Təşəbbüslər Fondu arasında əməkdaşlıq daha fəal olacaq”.
Bu sözləri Avrasiya Qadınlar Forumunda iştirak edən Sosial-Mədəni
Təşəbbüslər Fondunun prezidenti və Rusiya Federasiyası Hökumətinin
sədri Dmitri Medvedevin xanımı Svetlana Medvedeva AZƏRTAC-ın
müxbirinə müsahibəsində deyib.
O vurğulayıb ki, Mehriban Əliyevanın rəhbərliyi altında Heydər
Əliyev Fondu və özünün başçılıq etdiyi xeyriyyə fondu birgə səyləri
ilə qadınların və uşaqların sağlamlığının qorunmasına yönələn çoxlu
məsələləri həll edə bilərlər. “Qadınlar öz yumşaq siyasətləri
nəticəsində xeyirxah təşəbbüslərə qadirdirlər. Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Sosial-Mədəni Təşəbbüslər
Fondu mühüm məsələləri birlikdə həll edə bilərlər. Mən əminəm ki,
biz gələcəkdə mütləq bu işləri həyata keçirəcəyik və sıx, məhsuldar
əməkdaşlığa görə şad olacağıq”, - deyə S.Medvedeva sonda
bildirib.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ