Nida.az
217 şəxsin deputatlığa namizədliyi qeydə alındı
Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1449 nəfər namizədliklərinin qeydə alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Publika.az-ın məlumatına görə, amizədlərdən 557 nəfər siyasi partiya, 60 nəfər siyasi blok, 3 nəfər təşəbbüs qrupu, 829 nəfər isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb. 1351 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onlara imza vərəqələri verilib.
İclasda həmçinin bildirilib ki, 217 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 123 nəfəri 13 siyasi partiya tərəfindən, 94 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
İclasda həmçinin bir sıra müraciətlərə də baxılıb. Müraciətlərdə Dairə Seçki Komissiyalarının namizədliyin qeydə alınmasından imtina ilə bağlı qərarlarından şikayət edilib. Baxılan 5 müraciətin 4-ü üzrə müsbət qərar qəbul edilib və onların deputatlığa namizədliyi qeydə alınıb. 1 müraciət üzrə isə Dairə Seçki Komissiyasının namizədliyin qeydə alınmasından imtina etməsi ilə bağlı qərarı qeydə alınıb.
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir