Nida.az
Müsavatdan AXCP-yə İTTİHAM: qurultay demokratiyadan uzaqdır
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 27-də keçirilən qurultayı Müsavat-AXCP qarşıdurmasına səbəb olub.
Publika.az xəbər verir ki, Müsavat Partiyasının
yetkililəri AXCP-nin qurultayını demokratiyadan uzaq
adlandırıblar.
“Alternativ olmadığı üçün qurultay da maraqsız
keçdi”
Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli
Publika.az-a açıqlamasında AXCP-nin qurultayının
sönük keçdiyini deyib: “AXCP-nin “növbətçi” qurultayı qısa zamanda
başa çatıb. Sahib Kərimlinin namizəd olmaq istəyi də bu qurultaya
rəng qata bilməyib. Çünki Əli Kərimli gizli səsverməyə razı
olmadığı üçün, o, namizədliyini geri götürüb. Alternativ olmadığı
üçün qurultay da maraqsız keçdi”.
M. Hacıbəyli buna təəssüf etdiyini bildirib: “Çox təəssüf ki,
Müsavatın demokratiya dərsini əxz edə bilən təşkilat yoxdur”.
“Seçkilərin azad və ədalətliliyindən danışmaq
yersizdir”
Müsavat Divanının üzvü Nemət Kərimli də
Publika.az-a açıqlamasında AXCP-nin qurultayının
demokratik keçirilmədiyinə diqqət çəkib: “Seçkinin azad olması üçün
ən birinci şərt onun gizliliyi prinsipi, ədalətli olması üçün say
komissiyasının formalaşdırma qaydasıdır. Əlbəttə, azad və ədalətli
seçkidən danışdıqda bərabər, ümumi, birbaşa, təşviqat və təbliğatın
maneəsiz həyata keçirilməsi şərtləri də vacibdir. AXCP qurultayında
gözlənilən seçkilər buna cavab vermədiyindən onun azad və
ədalətliliyindən danışmaq yersizdi”.
Asif Nərimanlı
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi